Əfsanəvi Partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş təşkilat saatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi barədə" 07.10.2020-ci il tarixli, F-192 nömrəli əmrinin həyata keçirmək məqsədilə məktəbin 7c sinif rəhbəri Elnur Ağayevin rəhbərliyi ilə onlayn təşkilat saatı keçirildi. Sinif rəhbəri tədbirdə şagirdlərə ikinci Dünya Müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun həyatı və döyüş yolu haqqında məlumat verdi.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbrəliyi ilə həyata keçirilən dövlət siyasətində, tarixində silinməz izlər qoymuş şəxslərin xatirəsinə dərin ehtiram edildiyi bildirildi. Onlayn təşkilat saatında əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun döyüş yoluna həsr olunmuş film də nümayiş olundu.