Ağdam-keçmişdə qalan gələcək

Deyirlər bu yerdə bir şəhər olub,

Namusdan, qeyrətdən qalası varmış.

Özü ağ olsa da, bəxti qaraymış,

Başının min cürə bəlası varmış.

Məktəbin 6A sinif rəhbəri İlkanə Nəbiyevanın təşkilatçılığı ilə onlayn tədbir keçirildi. Şagirdləri salamlayan İlkanə müəllimə şanlı Qələbəmiz münasibətilə tədbir iştirakçılarını təbrik edərək söylədi: "Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli Bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunun hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etdi. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında qalacaq".

Tədbirdə Ağdam ərazisində olan tarixi memarlıq və incəsənət abidələrini, dini ibadətgahları, erməni vandalizmi tərəfindən viran edilmiş şəhərin görüntüləri və Ali Baş Komandan cənab İlham Əliyevin Ağdama səfərinə həsr olunmuş videoçarx nümayiş olundu. Tədbirin sonunda şagirdlər Ağdamın Azərbaycan elm və mədəniyyətinin inkişafına bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında məlumat verdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi