Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Bu məqsədlə məktəbin Biologiya müəllimi Aidə Ağamirovanın təşkilatçılığı ilə onlayn tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdləri QİÇS, narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaqdır.
Onlayn tədbirdə şagirdlərə QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verilib. Tədbirdə QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olundu. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.