Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Məktəbin 5A sinif rəhbəri Əsmər Kərimovanın rəhbərliyi ilə onlayn tədbir keçirildi. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə şagirdlərimiz dövlət himnimizi oxudular.

Tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində cəmi 44 gün ərzində torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumat verdi.

Şagirdlər işğaldan azad edilmiş Cəbrayıl, Füzuli, Ağdam, Şuşa rayonlarının tarixi və coğrafiyası, mədəni abidələri və dini ibadətgahları barədə topladıqları məlumatları bizimlə bölüşdülər.

Ali baş komandan cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımın işğaldan azad olunmuş bölgələrə səfərindən fəxrlə danışdırlar.

Tədbirin sonunda şagirdlər çəkdiyi rəsmlər nümayiş etdirdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi