Pedaqoji Şuranın növbədənkənar iclası

İclası məktəbin direktoru Fəttah Fətəliyev açaraq, kollektivi şanlı qələbəmiz münasibətilə təbrik etdi. Fəttah müəllim ərazilərimizin işğaldan azad edilməsində xalqımızın və dövlətimizin əldə etdiyi nailiyyətlər, Azərbaycan Ordusunun şanlı qələbəsi haqqında məlumat verdi. F.Fətəliyev Təhsil Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına və BŞTİ-nin müvafiq əmri ilə pedaqoji kollektivi tanış etdi.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəlalə Mütəllimova işğaldan azad edilmiş ərazilərin tarixi və coğrafiyası, adət-ənənələri, dini ibadətgahları, tarixi şəxsiyyətləri barədə məlumatların dərslərə inteqrasiyası, gənclərin ordu sıralarında xidmətə hazırlığı barədə fikirlərini söylədi.

Direktor müavini Arzu Alışqızı vətənpərvərlik mövzusunda təqdimatların, videoçarxların hazırlanması, rəsm və əl işi müsabiqəsi və s. tədbirlərin istiqamətləri barədə məlumat verdi. Sonda pedaqoji kollektivi maraqlandıran sullar cavablandırıldı.     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi