Əfsanəvi Partizan-Əhmədiyyə Cəbrayılov

 

 

Azərbaycan xalqının igid övladı, İkinci Dünya Müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illik yubileyidir.

Bu məqsədlə məktəbin 7-ci sinif şagirdlərinin və tarix müəllimi Sərhəd Məhərrəmovun təşkilatçılığı ilə onlayn tədbir keçirildi.

Tədbirdə Sərhəd müəllim Azərbycan xalqının mərd oğlu, əfsanəvi partizan Əhmədiyyə Cəbraylılovun rəşadətli döyüş yolu haqqında şagirdlərə ətraflı məlumat verdi.Şagirdlər Əhmədiyyə Cəbrayılovun döyüş yolu və həyatı haqqında suallar verdilər, müzakirələr apardılar.

Sonda Tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı çıxış edərək söylədi:- “Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmdəiyyə Cəbrəyılovun igidlikləri Müzəffər Azərbaycan Ordusunun mətin əsgərləri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir”.

Qeyd edək ki, əfsanəvi partizanın 100 illik yubileyi ilə əlaqədar hazırlanmış foto stend oktaybr ayının əvvəlindən məktəbin foyesində sərgilənir.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi