Türkçülüyə, İslamçılığa, Mədəniyyətə işarə olan bayrağımız!

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət bayrağı Günüdür. Bu məqsədlə məktəbimizin tarix müəllimi Xəyalə Abbasovanın təşkilatçılığı və 8"C" sinif şagirdlərinin iştirakı ilə onlayn tədbir keçirildi. Xəyalə müəllimə tədbir iştirakçılarının Şuşa şəhərinin azad olunması və Bayraq Günü münasibətilə təbrik edərək, sözü şagirdlərə verdi. Bayram əhval-ruhiyyəsi tədbirdə şagirdlər üç rəngli bayrağımız haqqında ətraflı məlumatlar verdilər, şeyirlər söylədilər. Tədbirin sonunda Tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı çıxış edərək söylədi: Bu gün müstəqil və suveren Azərbaycan üzərində əzəmətlə dalğalanan üç rəngli bayrağımız bizim qürur və varlığımızın təcəssümüdür. Bayrağımız dalğalanırsa demək, biz də varıq. Dostlarımızı sevindirən, düşmənimizi xar edən üç rəngli bayrağımız dövlətimizin varlığını onun əzəmətini və gücünü bütün dünyada təsdiqləyir.