“Şərqin ilk demokratik respublikası”

May ayı Azərbaycan xalqının ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla dolu bir aydır.

28 May! Bu gün tariximizə Respublika Günü kimi daxil olub. Respublika Günü münasibətilə 8b sinif şagirdləri “Şərqin ilk demokratik respublikası” adlı onlayn tədbir keçirdilər. Tədbirdə şagirdlər Gülüstan və Türkmənçay müqavilələri haqqında, müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycanın azadlıq yolundan danışdılar. Onlar qeyd etdilər ki, müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizədən keçir. Xalqımız öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Bunun üçün də hər bir insan üzərinə düşən vətəndaş borcunu layiqincə yerinə yetirməlidir.  

 

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi