IX siniflərdə diaqnostik qiymətləndirmə keçirilib

Təhsil Nazirliyi tərəfindən IX siniflərdə buraxılış imtahanlarının 2-ci mərhələsinə dair diaqnostik qiymətləndirmə keçirilib.
Məqsəd şagirdlərin təlim nəticələrinin təhlili, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil (əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılmasıdır. İmtahan Azərbaycan və rus bölmələri üzrə 3 fəndən Azərbaycan dili, Riyaziyyat və Xarici dil (İngilis ) aparılıb. İmtahan məktəbdaxili komissiyanın təyin etdiyi nəzarətçilər tərəfindən nəzarət edilib.