“İdman həftəsi” layihəsi çərçivəsində I gün

Fevralın 27-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən “İdman həftəsi” layihəsi çərçivəsində məktəbimizdə silsilə tədbirlər təşkil edilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində “İdman həftəsi” layihəsinin proqramına uyğun olaraq şagirdlərin iştirakı ilə nümunəvi çıxışlar, qol güləşi, basketbol idman növü üzrə yarışlar keçiriləcək, qaliblərə diplomlar təqdim ediləcək. Məqsəd şagirdlərimizin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

İdman həftəsinin ilk tədbiri fiziki tərbiyə müəllimi Adilə Mirzəyevanın rəhbərliyi ilə şagirdlərin sevə-sevə səhər gimnastikasını etməsi oldu.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi