"Narkomaniya -ümumbəşəri bəladır" mövzusunda maarifləndirici tədbir

Məktəbin yuxarı sinif şagirdləri ilə "Narkomaniya ümumbəşəri bəladır" adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov, Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi, polis polkovnik leytenantı Ruslan Hüseynov, Nərimanov Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri, ehtiyatda olan polis polkovniki Ramiz Məmmədov və Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili və Yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin əməkdaşları iştirak etdilər. Tədbirin əvvəlində Nərimanov RPİ tərəfindən xüsusi hazırlanmış narkomaniya adlı bəlanın dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş etdirildi və sonda mövzu ətrafında diskussiya zamanı şagirdlərin sualları əməkdaşlar tərəfindən cavablandırıldı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi