Olympic Games

Fəaliyyət planının 2.1.7. bəndinin "Azərbaycan idmançılarının olimpiya oyunlarında, dünya və Avropa birinciliklərində qazandıqları qələbələr" mövzusunda məktəbin ingilis dili müəllimi Ruhiyyə Əlimətova 8 "A" sinif şagirdləri ilə birlikdə təqdimat keçirdilər. Təqdimatda olimpiya oyunlarının yaranma tarixindən, Azərbaycan idmançılarından, onların qazandıqları uğurlardan bəhs edildi. Şagirdlər dərsin sual - cavab hissəsində həvəslə iştirak edtilər.
Təqdimatı məktəbin direktoru Kəmalə xanım Rəsulova və direktor müavinləri, eyni zamanda ingilis dili üzrə fənn müəllimləri maraqla izlədilər. Sonda isə rəhbərlik və müəllimlər öz fikirlərini və məsləhətlərini bildirdilər.