“ Narkotiklərə və erkən nigaha qarşı mübarizə” məqsədilə şagirdlərlə görüş keçirilmişdir.

07.02.2024-cü il tarixində məktəbin akt zalında “ Narkotiklərə və erkən nigaha qarşı mübarizə” məqsədilə şagirdlərlə görüş keçirilmişdir. Görüşdə NRPİ-nin rəisi, polis polkovniki Ziya Əliyev, NRPİ-nin rəis müavini, polis polkovnik leytenantı Zaur İsayev, NRPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin rəisi, polis mayoru Natiq Yusifov, NRPİ-nin veteranlar şurasının sədri Nazim Knyazov, NRPİ-nin veteranlar şurasının müavini Firdovsi Bayramov, NRPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin inspektorları, polis baş leytenantı Qadir Hüseynov, polis leytenantı Fətəliyeva Nuranə və polis kapitanı Xədicə Hüseynova iştirak etmişlər. Görüşdə çıxış edən məktəbin direktoru Həqiqət xanım Gülalıyeva, NRPİ-nin rəisi, polis polkovniki Ziya Əliyev, NRPİ-nin veteranlar şurasının müavini Firdovsi Bayramov, NRPİ-nin 24-cü polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin inspektoru polis kapitanı Xədicə Hüseynova şagirdlərlə maarifləndirici söhbər apararaq öz tövsiyələrini vermişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi