OCEP layihəsi üzrə “ Yaşasın Azərbaycan və Estoniya dostluğu “ adlı qardaşlıq tədbiri keçirilmişdir.

.25.05.2023-cü il tarixində məktəbimizdə Olimpiya Mədəniyyəti və İdman Proqramı - OCEP layihəsi üzrə “ Yaşasın Azərbaycan və Estoniya dostluğu “ adlı qardaşlıq tədbiri keçirilmişdir. Tədbirdə qonaq qismində Estoniya Respublikasının Azərbaycandakı nümayəndəsi cənab Andreo,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Sirac müəllim, Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən müəllim,cüdo -sambo üzrə 16 dəfə dünya çempionu Hacı Muhəmməd, Kiqboksinq üzrə gənclər və yeniyetmələrin milli komandasının baş məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyev və məktəb direktorları iştirak etmişlər. Tədbir şagirdlərin ifasında Azərbaycanın və Estoniyanın dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra şagirdlərin ifasında Azərbaycan və Eston rəqsləri və Eston xalq nağılları əsasında səhnəciklər nümayiş etdirildi. İdmançı şagirdlərimizin həm fiziki, həm də zehni idman növlərindəki qabiliyyətləri qonaqların marağına səbəb oldu. Estoniyaya həsr edilmiş rəsm nümunələri şagirdlərimizin Estoniyanın tarixi, memarlığı, mədəniyyəti haqqında geniş məlumata sahib olduğundan xəbər verir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi