Şəhid məzunumuz Rəfail İbrahimovun doğum günüdür.

Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də məktəbimizin məzunu Rəfaildir. Rəfail Emin oğlu İbrahimov 28 may 2002-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Rəfail İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəfail İbrahimov oktyabrın 21-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Bu gün məktəb rəhbərliyi şagirdlərlərlə birlikdə şəhidin adını daşıdığı sinifdə anım tədbiri keçirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi