Xocalı soyqırımı - qan yaddaşımız!

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir!..

24.02.2023-cü il tarixində məktəbin akt zalında “Xocalı faciəsini şahidindən dinləyək” adlı anım tədbiri keçirilmişdir.Xocalı dəhşətinin canlı şahidi Dürdanə Ağayeva faciənin 31- ci ildönümü ərəfəsində məktəbimizin qonağı oldu. Düz 8 gün erməni əsirliyində həyatının cəhənnəmini yaşayan və hər an Allahdan özünə ölüm diləyən Dürdanə xanım başına gələn müsibətləri ürək ağrısı ilə bizimlə bölüşdü.Müəllifi olduğu “ Səkkiz gün erməni zindanında” adlı kitabını kitabxanamıza hədiyyə etdi.Daha sonra Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi Mürvət müəllim də fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.Sonda məktəbin direktoru Həqiqət Gülalıyeva gələn qonaqların hər birinə və tədbir iştirakçılarına təşəkkür edərək qeyd etmişdir ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmışdır.Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanılmışdır. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi