“Tarix yaradan şəxsiyyət” adlı tədbir.

10 May - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərmiş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Bu gün 210 nömrəli məktəbin akt zalında məktəbin musiqi müəllimi Pakizə müəllimin təşkilatçılığı ilə “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilmişdir.Tədbirdə məktəbin direktoru Həqiqət Gülalıyeva çıxış edərək Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin , Azərbaycan xalqının tarixində dərin iz buraxmış fəaliyyəti haqqında danışmış və qeyd etmişdir ki,

xalqımız bundan sonra da bu dahi şəxsiyyəti daim minnətdarlıq hissi ilə xatırlayacaq, onun əziz xatirəsi qəlblərimizdə əbədi yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi