210 nömrəli tam orta məktəbdə“Ata vəsiyyəti-Şuşam” adlı tədbir keçirildi.

Ölkə başçısı İlham Əliyevin sərəncamı ili 2022-ci il “Şuşa ili” elan edilib. Bununla bağlı müxtəlif rayonlarda “Şuşa ili” ilə bağlı silsilə tədbirlər keçirilir. Növbəti belə bir tədbir isə Bakı şəhəri Nizami rayonu 210 nömrəli tam orta məktəbdə keçirildi. “Ata vəsiyyəti-Şuşam” adlanan bu tədbir məktəbin kollektivi tərəfindən möhtəşəm hazırlanmışdı. Tədbiri giriş sözü ilə məktəbin direktoru Həqiqət xanım Gülalıyeva açaraq, Qarabağ döyüşlərində şəhid olan vətən oğul və qızlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Həqiqət xanım Gülalıyeva tədbirə təşrif buyuran bütün qonaqları salamlayaraq bildirdi ki, bu tədbir Vətən müharibəsində şəhid olan igidlərimizin xatirəsinə həsr olunub. Tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Ədliyyə Nazirliyinin əməkdaşı polkovnik Əfqan Nəbiyev, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölmənin rəisi Natiq Yusifov, Qarabağ qazisi mayor Yusif Hümbətov, Şəhid pilot mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül xanım, Şəhid Tural Dadaşovun anası Kəmalə xanım, Şəhid Rafael İbrahimovun anası Marina xanım, Şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova, YAP Nizami rayon təşkilatının nümayəndəsi Selcan xanım Novruzova, Şəhid Baş leytenant Rövşən Nurzadənin atası Xalq artisti Əli Nur, Əməkdar artist Ağalar Bayramov və çoxsaylı digər qonaqlar iştirak edirdi.Tədbirdə çıxış edən qonaqlar 210 nömrəli məktəbdə keçirilən bu tədbirin digər məktəblərdə də təşkil edilməsini tövsiyyə etdilər. Tədbirdə məktəbin kollektivi tərəfindən hazırlanan tamaşalardan parçalar və kompazisiyalar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi