210 nömrəli məktəbdə 8 noyabr - Zəfər gününə həsr olunmuş " Dəmir yumruq " adlı tədbir keçirilmişdir.

  8 Noyabr – Zəfər Günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində məktəbimizdə növbəti bayram tədbiri baş tutub.Milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə yüksək səviyyədə qeyd olunur. Məktəb direktoru Vəliyeva Ülviyyə öz çıxışında bildirib ki:
  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Noyabrın 8-də  uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu.  Direktor onu da vurğulayıb ki,torpaqlarımızın erməni işğalçılarından azad edilməsində bizim məktəb məzunları , vətənpərvər oğulları da iştirak edib. Təhsil ocağının kollektivi onlarla fəxr edir. 44 günlük müharibə zamanı qardaş ölkənin, Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da sarsılmaz olacağını diqqətə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi