Innovation and Education

Məktəbimizin gənc və yaradıcı müəllimi, məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkili üzrə direktor müavini Möhbalıyeva Ruzilə müəllimə 15-17 May tarixlərində "eTwinning" layihəsi çərçivəsində “İnnovasiya və təhsil” adlı beynəlxalq seminar iştirak etmişdir.

Seminarda Albaniya, Bolqarıstan, Çex Respublikası, Finlandiya, Portuqaliya, Slovakiya və Sloveniyanı təmsil edən 25 təhsil işçisi, müvafiq ölkələrin təhsil nazirliklərinin nümayəndələri, həmçinin ölkə üzrə 8 regiondan ümumilikdə 28 müəllim iştirak etmişdir.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli “eTwinning” layihəsinin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə danışaraq layihəəsaslı dərs modelinin qurulması və təcrübə mübadiləsinin aparılması baxımından layihənin əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, layihə çərçivəsində müəllimlər İKT-nin təhsilə səmərəli tətbiqi və onlayn peşəkar inkişaf imkanlarından faydalanmaq imkanı əldə edirlər.

Seminar zamanı İKT-nin təhsilə tətbiqi, layihəəsaslı tədris və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək təlim və panel müzakirələr təşkil olunmuşdur. Təlimlər həm xarici, həm də yerli mütəxəssislər tərəfindən keçirilmiş və yeni layihələr yaradılmışdır.

Ruzilə Möhbalıyevanın Slovakiyalı həmkarı, Adriana Sajtosova ilə birgə quruculuq etdiyi "The journey of the green health" adlı layihə bəyənilmiş və təsdiqlənmişdir. Seminarın sonunda beynəlxalq sertifikatla təltif olunmuşdur.

Qeyd edək ki, “eTwinning“ layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və məktəbəqədər, orta məktəb və ali təhsil sahələrində çalışan təhsil işçilərinə peşəkar inkişaf təlimlərində iştirak, beynəlxalq əməkdaşlıq, ortaq dərs modelləri yaratmaq və Avropada ən böyük öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. Bu imkanlardan və yeniliklərdən layiqincə yararlanan gənc müəlliməmizə uğurlar arzu edirik.

#təhsilnazirliyi

#BŞTİ

#etwinningaz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi