Kiçik Akademiya

Kiçik akademiya16 may tarixində Kiçik Akademiyanın növbəti iclası keçirildi. İclasda məktəb rəhbərliyi və kiçik akademiyanın üzvləri iştirak etdilər. İlk öncə dövlət himni səsləndirildi. Daha sonra 7 ci sinif şagirdləri Süleymanova Aysel və Sadıqzadə Zəhra tarixdən "Səlcuqlar" mövzusunda, Məmmədzadə Elnur STEAM layihəsi üzrə "3 D Texnologiyası" mövzusunda, 9-cu sinif şagirdi Məmmədzadə Anar coğrafiya fənnindən "Yerin Günəş ətrafında hərəkətinin nəticəsi" mövzusunda, Hüseynova Xalidə isə ədəbiyyat fənnindən "Azərbaycan ədəbiyyatında Cənubi Azərbaycan" mövzusu ilə çıxış etdilər.

Ətraflı

Kiçik AkademiyaNəriman Həmidov adına 208 №li tam orta məktəbdə “Kiçik Akademiya” 2019-cu il tarixdən fəaliyyətə başlayıb. Əsas məqsədimiz şagirdlərin elmi axtarışa sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referat hazırlamaq, birlikdə layihələrdə iştirak etmək bacarıqları və vərdişləri formalaşdırılmasına lazımi şərait yaratmaqdır. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat bölmələri fəaliyyət göstərir. Bölmələr kafedralara ayrılıb. Məktəb “Kiçik Akademiya”nın tərkibi aşağıdakı kimidir: Prezident - Cavadova Mehrin (psixoloq) I vitse prezident - Kazımova Rəfiqə ( IXA) II vitse prezident - Əhədzadə Əsmər ( XIA) III vitse prezident - Babazadə Fatimə ( VIIA) Kafedra rəhbərləri: Azərbaycan dili - Omarova Esmira (Müəllim) Tarix - Həşimova Şəms (Müəllim) Təbiət - Salmanlı Gülbacı (Müəllim) Fizika - Quliyeva Kifayət (Müəllim) Riyaziyyat - Məmmədova Qızbəs (Müəllim) Humanitar bölməsində Azərbaycan dili, tarix, fizika, riyaziyyat, təbiət kafedraları mövcuddur. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Sentyabr-oktyabr aylarında VI-XI sinif şagirdlərinin meyl və maraqları nəzərə alınmaqla “Kiçik Akademiya”nın müəyyən bölmələri üzrə onlar üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın üzvləri bölmə rəhbərlərinin və müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və təqdimatlar, hesabatlar hazırlayıblar. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən hər kafedranın öz aylıqları keçirilib. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi tədqiqat işlərinin təqdimatları , yubileylərlə bağlı müsabiqə, tarixi əlamətdar günlər, dəyirmi masalar, görüşlər təşkil olunub. 2019/2020-ci tədris ilinin birinci yarımili ərzində “Kiçik Akademiya”nın üzvləri aşağıda qeyd olunan tədqiqat işlərini aparıb. “Frazeoloji birləşmələr” -VI, IX sinif şagirdləri N.Rəna - VIIIA, D.Lalə - VIIA, K.Rəfiqə - IXA, “Qeyri-neft sektorunun inkişafı, iqtisadi islahatlar və onun nəticələri” - M.Anar- VIA, A.Sənan - VIIA, “Böyük Hün imperiyası” - A.Fatimə - VIIA, “Fotosintez və həyat” - B.Fatimə -VIIA, “Quşların xilası əlimizdədir” - Z.Lalə - VIA, H.Xalidə - VIA, “Kainatın yaranması” - M.Tahir - XIA, Ə.Əsmər - XIA, “Fizika və təbiət” - M.Aysu - VIIA. Məktəbin “Kiçik Akademiya”sı qarşıda duran məsələlərə çatmaq üçün elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində reallaşdırılan layihələr həyata keçirilir və bu çərçivədə işlərin genişləndirilməsini planlaşdırır.

Ətraflı
HAQQIMIZDA

Şəhid Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəb 1937-ci ildə tikilmişdir.1938-ci ildə isə istifadəyə verilmişdir. Məktəb Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi,N.Nərimanov küçəsi 42-də yerləşir. Köh...

BİZİM FƏXRLƏRİMİZ

Sadıq Abdullayeva Çingiz

Günel Əmiraslanova Əfqan

HAQQIMIZDA

Şəhid Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəb 1937-ci ildə tikilmişdir.1938-ci ildə isə istifadəyə verilmişdir. Məktəb Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi,N.Nərimanov küçəsi 42-də yerləşir. Köh...

BİZİM FƏXRLƏRİMİZ

Sadıq Abdullayeva Çingiz

Günel Əmiraslanova Əfqan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi