assembly

Xüsusi hallar və həssas qruplarla işə dair “Dəyirmi masa”


31.01.2020

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda “Dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da BŞTİ-nin müdiri Rəşad Tağıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, paytaxtın Rayon İcra hakimiyyətlərinin, Bakı şəhər Baş Səhiyyə İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, BŞTİ-nin struktur bölmə rəhbərləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev son illərdə ölkəmizdə məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqətin artırıldığını və daha konkret yanaşma müşahidə olunduğunu söyləyib. Bildirib ki, 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən xüsusi hallarla bağlı “Qaynar xətt” (146-2) xidməti istifadəyə verilib. İdarə müdiri valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən cari dərs ilindən “Mənimlə danış” sosial kampaniyasına start verildiyini və maarifləndirici videoçarxların ictimaiyyətə təqdim edildiyini bildirib.

BŞTİ-nin müdiri “Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda təşkil olunmuş “Dəyirmi masa”nın əhəmiyyəti barədə danışıb. O, qeyd edib ki, “Dəyirmi masa” aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformanın yaradılmasına nail olmaq məqsədlərinə xidmət edir.

Məktəblərdə həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi üçün zəruri işlər görüldüyünü deyən R.Tağıyev həmin şagirdlərin hər biri üçün valideynlərin iştirakı ilə fərdi pedaqoji-psixoloji bərpa planının həyata keçirildiyini də qeyd edib. Eyni zamanda, məktəblərdə valideynlər üçün uşaqların yaş, psixoloji və fizioloji xüsusiyyətlərinə dair maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, valideynlərin məktəb həyatında yaxından iştirakının təmin edildiyini diqqətə çatdırıb.

Sonra “Mənimlə danış” sosial kampaniyası çərçivəsində hazırlanmış maarifləndirici videoçarxlar və BŞTİ-nin xüsusi hallara dair təqdimatı nümayiş olunub.

Tədbirdə çıxış edən Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi Məryəm Ömərova, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rəna Fərəcova, Nizami RİH başçısının müavini Gülnaz İsrafilova, Nəsimi RİH başçısının müavini Gülarə Verdiyeva, Yasamal RİH başçısının müavini Təravət Muradova, Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Nadir İsrafilov və Elvina Kazımzadə, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin direktoru İlkin Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Xətai Nəsibov, Səbail RİH-nin nümayəndəsi  Kəmalə Həşimova çıxışları zamanı həssas qruplarla iş, xüsusi hallarla bağlı yanaşma, müvafiq işçi qrupunun yaradılması və bu sahədə aparılan maarifləndirmə işlərinin daha da genişləndirilməsi barədə danışıblar. Həmçinin bildirilib ki, Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişməsi, uşaq hüquqlarının etibarlı təminatı, uşaqlarla bağlı sosial problemlərin həlli baxımından dövlət səviyyəsində hərtərəfli işlər görülür.

“Dəyirmi masa”da xüsusi hallarda daha çevik əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə aydınlıq gətirilib.

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/208/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri
Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM