27 Fevral-3Mart Idman həftəsi

 İdman nailiyyətləri olan idmançılarla görüşün təşkil olunması

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində məktəbimizdə “İdman həftəsi” layihəsinin tətbiqi zamanı idman nailiyyətləri olan idmançılarla görüş keçirilmişdir. Görüşdə bir çox beynəlxalq yarışlarda, eləcə də 2022-ci ilin 10-18 sentyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında öz imzasını atmış və bayrağımızı qalib bayraqlar arasında dalğalandırmış Avropa Çempionatı Arif Niftullayev iştirak etmişdir.

3 mart tarixinədək davam edəcək layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

#EduAz #İdmanheftesi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi