20 Yanvara həsr olunmuş silsilə tədbirlər

19 Yanvar 2023 il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsi N.Həmidov adına 208 N-li tam orta məktəbdə 20 Yanvar faciəsinin 33-cu il dönümünə həsr olunmuş tədbirlər keçirildi. Belə ki, ilk dərs 1-11ci siniflərdə 20Yanvar faciəsi ilə bağlı nümunəvi dərslər keçirildi. Şagirdlərə faciənin səbəbləri, faciənin törədilməsində iştirak edən tərəflər haqqında geniş məlumat verildi. Faciənin nəticəsi olaraq bugün əldə etdiyimiz qələbələr danışıldı. Bununla əlaqədar şeirlər söylənildi, mahnılar oxundu.

6B sinif şagirdlərinin iştirakı ilə "Azadlığa gedən yol" adlı kompozisiya keçirildi.

9A sinif şagirdlərinin iştirakı ilə Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasına həsr olunmuş dəyirmi masa keçirildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi