"Qarabağ Azərbaycandır"

03.11.2022-ci il tarixində şəhid N.Həmidov adına 208 nömrəli tam orta məktəbdə "Qarabağ Azərbaycandır" adlı Zəfər gününə həsr olunmuş tədbir keçirildi.Tədbirin devizi "ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCANDIR" idi.Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ,Milli Məclisin Suraxanı rayonu üzrə deputatı Afət Həsənova,Mülki Müdafiənin qərargah rəisi Toğrul Vəliyev ,şəhid anaları iştirak etdilər.Gözəl musiqilər səsləndi,şeirlər oxundu,vətənpərvərlik ruhunda şagirdlər tərəfindən andiçmə keçirildi.Sonra bir anlıq Qarabağa səyahət olundu."Şuşam mənim","Qarabağ musiqisi","Məclisi_üns","Qarabağ mətbəxi"adlı qurulmuş kəcavələrdə şagirdlərimiz Qarabağı təmsil edən Şuşaya aid əl işləri,Ü Hacıbəyovun "Sənsiz " romansı,Xurşidbanu Natəvanın "Qərənfil" qəzəli,Qarabağ mətbəxini təmsil edən Şuşa aşı,Cəbrayıl aşı,Qarabağ kətəsi qonaqlarda çox xoş bir təsir bağışladı.Suraxanı rayonunu təmsil edən 60  şəhidin şəkilləri önündə şəhid anaları şəkil çəkdirdilər.Tədbir qonaqlara xoş təsir bağışladı.Sonda "Qarabağ Azərbaycandır" və "Qələbə" mahnısı ilə tədbir başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi