27 sentyabr Anım Günü

Məktəbin illik fəaliyyət planına əsasən Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi və 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin və ehtiram əlaməti olaraq hər il sentyabrın 27 də Azərbaycanda "Anım Günü" kimi qeyd edilir. Bununla əlaqədar olaraq Nəriman Həmidov adına 208 Nli tam orta məktəbin Hərbi rəhbəri Elməddin Həsənov tədbiri açıq elan etdi.Himn səsləndi, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Hərbi rəhbər bu günün tarixi barədə şagirdləri məlumatlandırdı. Daha sonra məktəbin məzunu şəhid Mehdi Fərzullazadənin anası çıxış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi