31 Mart Milli Soyqırım Günü

Məktəbimizin tarix müəllimi  Heydərov Mahir  müəllimin rəhbərliyi ilə VIIIA sinfində 31 Mart Milli Soyqırım Gününə həsr olunmuş dəryirmi masa keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra tarixin qanlı səhifələri, xüsusilə də Mart soyqırımı və Mart hadisələri ilə  tanış olan şagirdlər xalqımıza düşmənlərimiz tərəfindən törədilən bu hadisələrin səbəb və nəticələri haqqında müzakirələr etdilər. 1918-ci ilin 31 mart və 5 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın haqqında video çarxı izlədilər və öz fikirlərini söylədilər. Bununla yanaşı vətənimiz uğrunda canından keçən bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi