31 Mart Milli Soyqırım Günü

Məktəbimizin IVA sinfində 31 Mart Milli Soyqırım Gününə həsr olunmuş sinif təşkilat saatı keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra şagirdlərə Mart soyqırımı və Mart hadisələri haqqında məlumat verildi. 1918-ci ilin 31 mart və 5 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın haqqında video çarxı izlədilər. Daha sonra şagirdlər  Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən Soyqırım abidəsini ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi