Şəhidin anım günü

5b sinfinde 44 günlük müharibədə torpaqlarımız uğrunda canından keçən dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri,Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Şəhid Azər Nazim oğlu Yüsiflinin ad gününə həsr olunmuş  sinif təşkilatı  saati keçirildi. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və Şəhidlərimizin ruhu 1dəqiqəlik sükutla yad edildi. Şagirdlər Şəhidimizin həyatı haqqında əldə etdikləri məlumatları söylədilər və şəhidlərimizə həsr olunmuş şeirlər dedilər. 

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin (ÇHD) baş giziri olan Azər Yusifli əvvəlcə Cəbrayıl rayonu istiqamətində və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Azər Yusifli müharibə ərzində Sərhəd Qoşunlarının heyətində Cəbrayıl rayonunun Araz boyu olan yaşayış məntəqələri - Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Ayın 18-də isə Dövlət Sərhəd Xidmətinin apardığı hərbi əməliyyat zamanı Xudafərin Körpüləri işğaldan azad olunmuşdur. Zəngilan şəhəri uğrunda döyüşlər nəticəsində şəhər işğaldan azad olunmuşdur və baş gizir Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılmışdır. Azər Yusifli oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində şəhid olmuşdur. Oktyabrın 22-də Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn olunmuşdur.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi