"Bədən tərbiyəsi günü"

4 mart 2022-ci il tarixində məktəbdə "Bədən tərbiyəsi günü"nə həsr olunmuş IX və X siniflər arasında voleybol üzrə yarış keçirildi. Yarışda "Şuşa" və "Zəfər" komandaları iştirak etdilər. Oyunun qalibi "Zəfər" komandası oldu. Məktəb müdiriyyəti münsiflər heyəti olaraq tədbirdə iştirak edirdi. Qalib komanda müdiriyyət tərəfindən diplomlarla təltif olundular.