Valideynin məktəbdə bir günü

Dekabr ayının 19-da N.Həmidov adına 208 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı "Açıq qapı" günü keçirildi. Layihənin məqsədi valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin edilməsi, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılmasıdır.
Tədbirdə məktəb rəhbərliyi, məktəb kollektivi və valideynlər iştirak etdilər. Tədbirin rəsmi açılışında məktəbin direktoru çıxış edərək bu layihə haqqında ümumi məlumat verdi , valideyn - məktəb əməkdaşlığı və onların bir - birini qarşılıqlı olaraq dəstəkləməsi şagirdin inkişafı üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərti olduğunu qeyd etdi.
Daha sonra valideynlər sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, tibb otağı, idman zalı, məktəb kitabxanası və yeməkxana ilə yaxından tanış oldular. Dərs müşahidəsi zamanı dərslərin yeni metodlarla keçirilməsi valideynlərin marağına səbəb oldu və maraqlandıqları suallar müəllimlər tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi