Heydər Əliyevin anadan olmasının 102 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Xətai rayonu Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə İlk öncə Azərbaycan respublikasının Dövlət himni səsləndi. Daha sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən video çarxlar nümayiş etdirildi. Məktəbin dərnək üzvlərinin ifasında çıxışlar, şeirlər və musiqi nömrələri səsləndi.