1c sinfində Azərbaycan dili fənni üzrə monitorinq keçirildi.

Ə. Əliyev adına 204 nömrəli tam orta məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi məqsədilə,TTİÜ direktor müavini Aynur Səmədovanın rəhbərliyi ilə 1c sinfində Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.

Oxuyub-anlama monitorinqi şagirdlərin mətnləri diqqətlə oxumaları, əsas fikri ayırd etmə, detalları yadda saxlama və məntiqi nəticə çıxarma kimi mühüm bacarıqlarını ölçmək üçün nəzərdə tutulub. Şagirdlər təqdim olunan mətnləri oxuduqdan sonra onlara verilən sualları cavablandıraraq oxuma və anlama qabiliyyətlərini nümayiş etdirdilər.Monitorinqin məqsədi yalnız qiymətləndirmə deyil, həm də gələcəkdə tədris prosesində bu bacarıqların inkişafı üçün görüləcək işlərin planlaşdırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi