HAQQIMIZDA

    Bakı Şəhəri 204 nömrəli tam orta məktəb 1981- ci ildə (Azərbaycan bölməsi) fəaliyyətə başlamışdır. Layihə tutumu (şagird sayı) -1176 yerlik. 204 nömrəli tam orta məktəbə 15 aprel 1994-cü il tarixdən Azərbaycanın Milli Qəhrəmanı Əliyev Ələkbər Həsən oğlunun adı verilmişdir. Cari dərs ilində məktəbdə 1556 şagird 53 sinifdə və 6 məktəbəqədər hazırlıqda komplektləşdirilmişdir. Pedaqoji heyətin 112 üzvü var.Məktəb 5/6 günlük iş rejimi ilə,2 növbəli fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008-2009-cu tədris ilində məktəb "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbin 1 müəllimi "Əməkdar müəllim" adına layiq görülmüşdür. Məktəb 2014 - cü ildə əsaslı təmir olunub. Hər otaqda 12 ədəd kompyuter,1 ədəd noutbuk,mimio lövhə və proyektor olmaqla 2 informatika otağı yaradılmışdır. Məktəbdə müasir tələblərə cavab verən fizika,kimya,biologiya laboratoriyaları yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəhcamı ilə 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin ikinci dəfə qalibi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi