Milli Qəhrəman Ələkbər Əliyevin ad günü

22.12.2023-cü il tarixində Xətai rayonu Ə.Əliyev adına 204N- li məktəbdə I-ci Vətən müharibəsində şəhid olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Ələkbər Əliyevin ad günü ilə əlaqədar tədbir keçirildi. Çıxış sözü ilə məktəbin direktoru R. Mehdiyev gələn qonaqları salamladı. Tədbirdə şəhidin ailə üzvləri, qohumları, qazilər iştirak edirdi.İlk olaraq şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin istedadlı dərnək üzvlərinin iştirakı ilə ədəbi bədii kompozisiya nümayiş edildi. Şəhidin döyüş yollarından söhbət açıldı. Şagirdlərin ifasında şeirlər söyləndi, qəhrəmanlığa həsr olunmuş mahnılar səsləndirildi.