Milli Qəhrəman Ələkbər Əliyevin doğum günü qeyd olundu.

22.12.2022-ci il tarixdə Azərbaycan Milli Qəhrəmanı Ələkbər Əliyevin anadan olmasının 67 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri,müəllim kollektivi,Milli Qəhrəmanın ailə üzvləri,yaxın qohumları,döyüş yoldaşları iştirak etmişdir.Tədbiri məktəbin direktoru Rafael Mehdiyev açaraq qəhrəmanın döyüş yolları haqqında geniş məlumat verdi,onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ailə üzvləri,döyüş yoldaşları Milli Qəhrəman haqqında öz xatirələrini iştirakçılarla paylaşdılar. Məktəbin dərnək qrupunun üzvləri hərbi vətənpərvərlik ruhunda mahnı oxuyub,şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi