Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!

Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu böyük bəla ilə hər bir instansiya öz sahəsində bütün variantlardan istifadə etməklə mübarizə aparır. 29 noyabrda məktəbdə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək! ” mövzusunda maarifləndirici tədbir keçirildi .Tədbiri giriş sözü ilə məktəbin direktoru Nailə Əhmədova açaraq,yeniyetmələri zərərli vərdişlərdən uzaq olmağa ,sağlam həyat tərzinə nail olmağa çağırmışdı. Sonra söz məktəbin kimya müəllimi Yeganə İsmaylovaya verildi. O, narkomaniyanın fəsadları barədə ətraflı çıxış edərək şagirdlərə dəyərli məsləhətlər verdi. Tədbirdə Səbail rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Emil Cavadov, Səbail rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbə rəisi Əsəd Umbayev, polis mayoru Pərvanə Səfərova, narkotiklə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Fikrət Aslanlı, Bakı şəhər Narkoloji Dispanserinin həkimi narkoloq Fizzə Baxışova iştirak etmislər. Qonaqlar bəşəriyyəti məhvə sürükləyən narkomaniyanın törətdiyi ağır fəsadlardan, insan alverinin qurbanı olan uşaqların istismarından, onun cinayətlərə yol açmasından danışıb, yeniyetmə və gənclərin belə hallardan uzaqlaşdırılması sahəsində hər kəsin üzərinə düşən məsuliyyəti xatırladılar. Tədbiri keçirməkdə əsas məqsəd narkomaniyanın insan həyatı üçün nə dərəcədə təhlükəli olduğunu geniş insan kütləsinə çatdırmaq və gəncləri bu təhlükəli yola düşməkdən çəkindirmək, gənc nəsli sağlam həyat tərzi keçirməkdə maarifləndirməkdən ibarət idi. Sonda polis əməkdaşları tədbir iştirakçılarının təkliflərini dinləmiş, müəllim və şagirdləri maraqlandıran suallara cavab vermişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi