Elmira Asanovanın təşkilatçılığı ilə 9a sinfində "Anım Günü" nə həsr olunmuş dəyirmi masa keçirildi

    27 sentyabr respublikamızda "Anım Günü" kimi qeyd edilir. Bu münasibətlə ölkəmizin hər yerində olduğu kimi məktəbimizdə də silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri də bu gün ədəbiyyat müəllimi Elmira Asanovanın təşkilatçılığı və 9a sinif şagirdlərinin iştirakı ilə keçirildi. Tədbirdə Vətən müharibəsinin başlanması, böyük zəfərə aparan yol, Şəhidlərimizin qəhrəmanlıq salnaməsi, şanlı ordumuzun rəşadəti və s.mövzular şagirdlər tərəfindən müzakirə olundu. Şagirdlər qeyd olunan məsələlərə öz münasibətlərini bildirərək şəhidlərimizi ehtiramla yad etdilər.

Sonda məktəbin direktor əvəzi Günay Cəlilova çıxış etdi. Vurğuladı ki, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, ordumuzun şücaəti və şəhidlərimizin qanı bahasına qazandığımız Zəfər hər birimizin qürur mənbəyidir. Bu möhtəşəm zəfərin bünövrəsi isə məhz bu gün 27 sentyabrda qoyulub. Odur ki, bu günü unutmamaq, şəhidlərimizin müqəddəs ruhunu yad etmək hər birimizin borcudur.

    Vətən müharibəsi bizim şanlı tariximiz, Şəhidlər və Qazilər qürur mənbəyimizdir.

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

#27SentyabrAnımGünü

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi