Ölkəmizi tanıyaq maarifləndirici tur-aksiya

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən Səbail rayonunun 40 nəfər məktəblisi Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola salınmışlar. Bu tur-aksiyada məktəbimizi 10”C” sinif şagirdləri Fidan Zamanova və Hilal Kazımov təmsil edirdi. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaq idi. Məktəblilər noyabrın 21-dək Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış oldular. Noyabrın 21-də “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində qərb bölgəsinə səfər etmiş şagirdlərimiz geri dönmüşlər. Onlar gəzdikləri məkanları, tarixi yerləri çox bəyəndiklərini və bütün bunların onların xatirələrində əbədi qalacaqlarını vurğulamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi