Metodbirləşmə rəhbərlərinin dəyirmi masası

14 noyabrda məktəbdə metodbirləşmə rəhbərlərinin dəyirmi masası keçirildi. Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən fənn metodbirləşmələrin işi Təhsil Qanunu Təhsil Nazirliyinin əmr, sərəncam, təlimat, göstəriş və digər normativ sənədlərinin əsasında təşkil edilir. Metodbirləşmələrin vasitəsi ilə hər bir müəllimin elmi-praktik , bu günün tələblərinə cavab verə biləcək, metodik səviyyəni yüksəltmək, tədrisin keyfiyyətini yaxşılaşdırmaq, müəllimin hərtərəfli hazırlıq səviyyəsini artırmaq imkanlarını yaradır İclasda müəllimlərin peşə keyfiyyətlərin, onların yaradıcı potensialın aşkar edilməsi, metodiki işlərin savadlı planlaşdırmağı müzakirə olundu. Metodbirləşmənin illik fəaliyyət planı məktəbin tələbatlarına və mühitin tələblərinə uyğun ,qarşıya qoyulan məqsədlər real və əldə edilə bilən olunmalıdır. Sonda məktəbin direktoru Nailə Əhmədova metodbirləşmə sədrlərinə öz tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi