Qəhrəmanlar unudulmur

14 noyabrda məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Sevinc Qurbanovanın təşəbbüsü ilə 5 “A” sinfində “ Qəhrəmanlar unudulmur “ adlı dəyirmi masa keçirildi. Öncə canını Vətən uğrunda verərək, şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sevinc Qurbanova şagirdlərə Milli Qəhrəmanlarımızdan Çinqiz Mustafayev və məktəbimizin adını fəxrlə daşıdığı Riad Əhmədovun hərbi xidmətdən öncəki həyatı, malik olduğu xarakteri, eyni zamanda onların vətənə olan sevgisi haqqında məlumat verdi. Sonra şagirdlər Milli Qəhrəmanlar haqqında hazırladıqları təqdimatlar dinlənildi. Milli Qəhrəmanlar haqqında materiallar toplanıldlı. Sonda müğənni Çinqiz Mustafayevin ifasında “ Ana, mən şəhid oldum” mahnısı səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi