Şəkərli diabet

13 noyabrda məktəbin 9 “A” və 8 “A” sinif şagirdlərin iştirakı ilə “Şəkərli diabet” mövzusunda tədbir keçirildi. Tədbir məktəbin biologiya müəllimi Təranə Sadatovanın təşəbbüsü ilə təşkil olunmuşdur. Tədbirdə məktəbin direktoru Nailə Əhmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimova, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirdə şəkər xəstəliyi, onun yaranma səbəbləri, xətəlikdən qorunma yolları haqqında geniş məlumat verildi. Şagirdlərin iştirakı ilə səhnəciklər nümayiş olundu, şəkərin qlükometrlə necə təyin olunması əyanı şəkildə göstərildi. İnsulinin qanda şəkəri necə parçalaması, xəstəliyin yeni metodlarla müalicəsi, düzgün qidalanma haqqında elmi-tibbi məlumatlar verildi. Tədbirin sonunda qeyd olundu ki, şəkər xəstəliyindən əziyyət çəkən insanlar düzgün həyat tərzi seçməlidirlər. Qidalanmaya xüsusi nəzarət edilməlidir. Şəkər xəstəlik deyil, şəkər düzgün həyat tərzidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi