Millət fədaisi Əhməd bəy Ağaoğlu

13 noyabrda məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Zümrüd Cəbiyevanın rəhbərliyi ilə millət fədaisi Əhməd bəy Ağaoğluya həsr edilmiş dəyirmi masa keçirildi. Tədbirdə VIII, IX sinif şagirdləri, məktəb rəhbərliyi iştirak edirdi. XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət barədə məktəbin tarix müəllimi Haqverdi Cəfərov , Zümrüd Cəbiyeva Əhməd bəy Ağayevin bir şəxsiyyət olaraq Azərbaycan ictimai fikir tarixində rolu barədə söhbət açdılar. Sonra şagirdlər “Əhməd bəy Ağaoğlu kimdir?” sualının ətrafında müzakirələrə qoşuldular. Şagirdlər Ağaoğlunun həyatı, təhsili, fəaliyyəti barədə məlumatlar verdilər. Tədbirin sonunda məktəbin direktoru Nailə Əhmədoba qeyd etdi ki, belə tədbirlər şagirdlərimizin Azərbaycanın görkəmli şəxsiyyətlərini tanımasında böyük rol oynayır. Kimlərdən nümünə götürmək sualına cavab tapmağı asanlaşdırır, mübariz olmağı öyrədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi