Ən yaxşı divar qəzeti

Dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilib. Dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabr ayının 17-də Naxçıvanda ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə 8 noyabrda məktəbimizdə V- VIII siniflər arası “Ən yaxşı divar qəzeti” müsabiqəsi keçirildi. Hər sinif öz divar qəzetində bayraq günü ilə bağlı əldə etdikləri məlumatları və çəkdikləri rəsmləri yerləşdirdi. Məktəb rəhbərliyinin sərgiyə baxışından sonra I yerə 7”A” sinfi, II yerə 8 “B” sinfi, III yerə isə 8”C” sinfinin hazırladıqları divar qəzetləri layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi