Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasının 24 illiyi

Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edilməsindən 24 il keçir. Konstitusiya Günü ilə əlaqədar olaraq məktəbin tarix müəllimi Zöhrə Nəzərli 9-11-ci sinif şagirdlərinin iştirakı ilə “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasının 24 illiyi” mövzusunda müzakirələr keçirdi. Zöhrə Nəzərli şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası haqqında ətraflı məlumat verdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının, həmçinin, ölkəmizdə 1996-cı ildən qeyd edilən Konstitusiya Gününün tarixi əhəmiyyətindən danışdı. Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsinin çağdaş tariximizin ən mühüm hadisələrindən biri olduğu vurğuladı. Məqsəd hər bir insanda konstitusiya qanunlarına, insan və vətəndaş hüquq və azadlıqlarına, dövlətə hörmət ruhu aşılamaqdan ibarət oldu. Müzakirə zamanı təhsil hüquqları haqqında şagirdlərə geniş məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi