Bayraq müstəqilliyimizin, dövlətçiliyimizin rəmzidir

Məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə məktəbimizdə 8 noyabrda Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlının təçkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq müstəqilliyimizin, dövlətçiliyimizin rəmzidir” adlı tədbiri təşkil olundu. Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlandı. Üçrəngli dövlət bayrağımız təntənəli musiqi sədaları altında səhnəyə gətirildi. Daha sonra şagirdlərimiz müxtəlif kompozisiyalar, səhnəciklər nümayiş etdirərək vətən torpağına, dövlət bayrağına həsr olunmuş şeir və mahnılar söylədilər. Sonda isə söz məktəbin direktoru Nailə Əhmədovaya verildi, o da öz növbəsində bu bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi