YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaları davam etdirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ekskusiya ümumi təhsil məktəbləri şagirdlərinin dünyagörüşünü, bilik və bacarıqlarını inkişaf etdirmək, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir. 5 noyabrda məktəbin 6 “B” sinif şagirdləri sinif rəhbərləri ilə birgə YARAT Müasir İncəsənət Mərkəzində ekskursiyada oldular. Ekskursiya zamanı məktəblilərə YARAT Müasir İncəsənət Mərkəzində ustad dərsləri keçirildi. Mərkəzdə təlimçilər tərəfindən şagirdlərə daş üzərində boya ilə rəsm çəkmək də öyrədildi. Şagirdlər xoş təəssüratla ekskursiyadan geri qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi