Fövqəladə hallar uşaqların gözü ilə

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Təhsil Nazirliyinin birgə razılığına əsasən hər il olduğu kimi 2019/2020-cı tədris ilində də “Fövqəladə hallar uşaqların gözü ilə” 5 nominasiya (“Rəsm”, “Plakat”, “Əl işi”, “Yanğın və qəza- xilasetmə texnikasının modeli” və “Yumşaq oyuncaq”) üzrə uşaq yaradıcılıq müsabiqəsi keçirilir. Məktəbimizin şagirdlərinin qeyd olunan yaradıcılıq müsabiqəsində iştirakını təmin etmək məqsədilə ilkin olaraq məktəbdaxili 5 noyabrda müsabiqə keçirildi və müsabiqənin nəticələrinə görə məktəbin 5 “B” sinif şagirdi Nurdan Qurbanova “Rəsm” və “Plakat” nominasiyası üzrə münsiflər heyyətinin qərarına əsasən qalib şagird seçildi. Bununla da Nurdan Qurbanova məktəbin adından “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsində təmsil etmək şansı qazandı. Məktəb kollektivi Nurdanı təbrik edir, sərgidə öz layiqli yerini tapacağını inanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi