Vətənin keşiyində

Gənclərin çağrışaqədərki hazırlıq fənninin tədrisi Azərbaycan xalqının və dövlətçiliyinin qorunması, onun ərazi bütövlüyünün təmin edilməsi üçün əsas qarant olan Silahlı Qüvvələrimizə sağlam, vətənpərvər ruhlu gənclər hazırlamaq zərurətindən irəli gəlir.Xalqına, vətəninə, tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət bəsləmək , hər an vətənin müdafiəsinə qalxmağa hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyətləri hesab olunur. Çağrışaqədərki hazırlıq fənninin tədrisi bu keyfiyyətlərin formalaşması üçün geniş imkanlar yaradır.Məqsəd yeniyetmələri Azərbaycan Respublikası Konstitusiyasının qanunları və hərbi xidmətə dair müddəalarla tanış etmək, onlara atəş hazırlığı, mülki müdafiə və tibbi hazırlıq üzrə ilkin bilik, bacarıq və vərdişlərin verilməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə məktəbin hərbi hazırlıq müəllimi Ələddin Cəfərov mütəmadi olaraq maarifləndirici dərslər təşkil edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi