Şirvanşahlar Saray Kompleksi muzey-qoruğuna ekskursiya

29 oktyabrda məktəbin 7 “B”, 7 “Ç” , 6 “A” və 5 “A” sinif şagirdləri sinif rəhbərləri ilə birlikdə “Şirvanşahlar Saray Kompleksi” muzey-qoruğuna və "Qız Qalası"na ekskursiya ediblər. Ekskursiya zamanı məktəblilər Şirvanşahlar sarayının tarixi və "Qız Qalası" ilə yaxından tanış olublar. Şagirdlərə bildirilib ki, Şirvanşahlar sarayı — Şirvanşahların (Şirvan hakimlərinin) Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən köhnə iqamətgahıdı. Kompleksə saraydan başqadivanxana, Şirvanşahlar türbəsi, minarəsi, 1441-ci ilə aid saray məscidi, hamam və saray alimi Seyid Yəhya Bakuvinin türbəsi daxildir. Daha sonra "Qız Qalası" haqqında məlumat verilib. Bildirilib ki, Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Şagirdlər gözəl təəssüratlarla geri dönüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi